محبت پدر    

Tehranın Xorasan meydanının yaxınlığında kirayəyə götürdüyümüz kiçik bir evdə yaşayırdıq. 1957-ci il, aprelin sonları idi. Atam bir neçə gün idi çox sevinirdi. Allah ona bir oğul nəsib etmişdi. O, tez-tez Allaha şükür edirdi. O vaxt evdə üç oğul və bir qız olsaq da, atam yeni doğulmuş bu uşağa görə çox sevinirdi. Bu, təbii idi. O, çox şirin uşaq idi. Atamız ona dözümlülük timsalı, tövhid və təvəkkül qəhrəmanı olan bir peyğəmbərin adını verdi: İbrahim. Bu ad ona həqiqətən, yaraşır. Dost və qohumlar onu görəndə təəccüblə deyirdilər: "Hüseyn ağa, sənin başqa üç uşağın da var, bu oğlana görə nə üçün bu qədər sevinirsən?" Atam xüsusi inamla cavab verirdi: "Bu oğlanda qəribəlik var. Mən əminəm ki, İbrahimim Allaha yaxşı bəndə olacaq və mənim adımı da yaşadacaq". Doğru deyirdi. Ondan sonra Allah bizim ailəmizə daha bir oğul və bir qız bağışlasa da, atamın İbrahimə sevgisi azalmadı.

***

İbrahim orta məktəbi Ziba xiyabanında yerləşən Taliqani ibtidai məktəbində oxudu. Onun xüsusi xarakterləri vardı. İbtidai məktəbdə də namazını tərk etmirdi. Orada oxuyarkən bir dəfə dostuna belə demişdi: "Mənim atam çox yaxşı adamdır. İndiyə qədər bir neçə dəfə İmam Mehdini (ə) yuxuda görüb. Kərbəlanı ziyarət etməyi çox arzulayanda isə həzrət Əbəlfəzli yuxuda görüb; yanına gəlib onunla danışıb". Dördüncü sinifdə oxuyanda dostlarına demişdi: "Atam deyir ki, şahın sürgünə göndərdiyi ağa Xomeyni çox yaxşı adamdır. Atam deyir ki, hamımız onun sözlərinə qulaq asmalıyıq. Onun sözləri İmam Mehdinin (ə) əmrlərinə bənzəyir”. Dostları ona demişdilər: "İbrahim, daha belə danışma, direktor bilsə, səni məktəbdən qovar". Bu sözlər İbrahimin dostlarına qəribə gəlirdi, amma o, atasına çox inanırdı.

Comments (0)

Rated 0 out of 5 based on 0 voters
There are no comments posted here yet

Leave your comments

  1. Posting comment as a guest. Sign up or login to your account.
Rate this post:
Attachments (0 / 3)
Share Your Location