Çempion

 

74 kq. çəkili güləşçilər yarışırdı. İbrahim bütün rəqiblərini məğlub edib yarımfinala çıxdı. Həmin il çox yaxşı məşq etmişdi və bütün rəqiblərini asanlıqla məğlub edirdi.Yarımfinalda qələbə çalsaydı, finalda da qalib gəlib çempion olacaqdı. Lakin o, yarımfinalda çox pis güləşdi və bir xal fərqi ilə uduzdu. Həmin il İbrahim üçüncü yerə çıxdı. Mən bir neçə ildən sonra yarımfinalda İbrahimlə güləşmiş oğlanı gördüm. O, İbrahimə baş çəkməyə gəlmişdi. Söhbət əsnasında İbrahimlə tanışlığı barədə dedi: "Biz onunla 74 kq. çəkili güləşçilərin yarışında yarımfinalda tanış olmuşuq”. Bu barədə geniş danışmaq istəyirdi, ancaq İbrahim mövzunu dəyişdirdi və danışmağa imkan vermədi. Ertəsi gün onu görüb yarımfinaldakı güləş barədə soruşdum. O, dərindən nəfəs aldı və dedi: "Mən yarımfinalda İbrahimlə güləşirdim. Bir ayağım çox zədələnmişdi. İbrahimə dedim ki, dost, mənim bu ayağım zədələnib, ehtiyatlı ol. İbrahim cavab verdi ki, oldu, dadaş, baş üstə. Mən onun güləşini görmüşdüm. O, güləşdə usta idi, əsasən, ayaqdan fəndlər işlədirdi. Yarışda ayağıma yaxınlaşmadı, mənsə axmaqcasına ondan bir xal alıb sevindim və finala çıxdım. İbrahim məni asanlıqla məğlub edib çempion ola bilərdi, amma bunu etmədi". O, bir qədər sonra əlavə etdi: "Məncə, o, qəsdən mənə xal verdi. Məğlub olduğuna görə də narahat deyildi. Çünki çempionluq onun üçün başqa bir şey idi. Mənsə sevinirdim. Daha çox buna görə sevinirdim ki, finalda qonşumuzla güləşəcəkdim. Elə bilirdim ki, hamı dadaş İbrahim kimi düşüncəli və mərifətlidir. Mən ayağımın zədələndiyini yarışdan öncə qonşuma dedim, o isə elə ilk hərəkətdə zədələnmiş ayağımdan tutdu. Ayağım çox ağrıdı. Sonra məni yıxdı və arxamı vurdu. O zaman mən ikinci, İbrahim isə üçüncü yerə çıxdı. Lakin şübhə etmirəm ki, İbrahim çempion olacaqdı. O gündən onunla dostam. Ondan qəribə şeylər də görmüşəm. Mənə belə bir dost nəsib etdiyinə görə Allaha şükür edirəm". Söhbətimiz bitəndən sonra sağollaşıb getdi. Gilanqərb korpusunun qərargahında divarların birinə hər bir döyüşçü haqda bir cümlə yazılmışdı. İbrahim haqda yazılan bu idi: “İbrahim Hadi - Purya Vəli xarakterli döyüşçü!”

Comments (0)

Rated 0 out of 5 based on 0 voters
There are no comments posted here yet

Leave your comments

  1. Posting comment as a guest. Sign up or login to your account.
Rate this post:
Attachments (0 / 3)
Share Your Location