Problemləri həll edən insan

 

 Peyğəmbərdən soruşdular ki, hansı möminin imanı daha kamildir? Buyurdu ki, Allah yolunda canı və malı ilə mübarizə aparanın.[1]  Həzrət Rəsul diviziyasının keçmiş komandiri Məhəmməd Kövsəri İbrahim haqda deyirdi: "Müharibənin ilk günlərində Sərpol Zəhabda İbrahimə dedim: "Qardaş Hadi, sizin maaşınız hazırdır, nə vaxt uyğun görsəniz, gəlib alın". Cavabda çox yavaşdan dedi: "Siz Tehrana nə vaxt gedirsiniz?" – Həftəsonu. – Üç ünvan yazaram, Tehrana gedəndə maaşımı həmin evlərə verərsiz. Mən dediyini etdim. Sonra bildim ki, hər üç ev başqasına ağız açmayan yoxsul ailələrin evləri imiş”.

***

Cəbhədən qayıdırdım. Xorasan meydanına çatanda üstümdə heç bir pul qalmadı. Fikirli idim ki, evə çatanda yoldaşım və uşaqlarım məndən pul istəyəcəklər. Hələ evin kirayə pulunu da verməliyəm. Düşünürdüm ki, haraya gedim, kimə ağız açım? Qardaşımın yanına getmək istədim, amma onun da vəziyyəti yaxşı deyildi. Arif dördyolunda dayanmışdım. Düşündüm ki, gərək yalnız Allah kömək etsin, mən nə edəcəyimi bilmirəm. Bu fikirdə idim ki, birdən İbrahimi gördüm. Motosikletlə mənə doğru gəlirdi. Çox sevindim. Görən kimi motosikletdən enib məni qucaqladı. Bir neçə dəqiqə söhbət etdik. Getmək istəyəndə soruşdu: "Maaş aldın?" – Yox, hələ almamışam, amma önəmli deyil. Əlini cibinə salıb bir dəstə pul çıxardı. Dedim ki, yox, sənin canın üçün almaram, özünün ehtiyacın var. – Bu, borcdur, maaşını alanda qaytararsan. Pulu cibimə qoyub motosikletə mindi və getdi. O pul çox bərəkətli oldu, çox problemi həll etdi və bir müddət maddi çətinliyim olmadı. Ona çox dua etdim. Həmin gün İbrahimi Allah yetirdi və o, həmişəki kimi problemi həll etdi.

 

 

[1] "Əl-Hikəm əl-zahirə", c. 2. s. 280.

Comments (0)

Rated 0 out of 5 based on 0 voters
There are no comments posted here yet

Leave your comments

  1. Posting comment as a guest. Sign up or login to your account.
Rate this post:
Attachments (0 / 3)
Share Your Location