İki qardaş kimi

 

Şəhid Şahbazinin yas məclisində iştirak etmək üçün sərhəd şəhərlərindən birinə yollandıq. Oranın adət-ənənəsinə uyğun olaraq, yas məclisi səhərdən günortaya qədər keçirilirdi. Günorta qonaqlara aftafa-ləyən gətirdilər. Əllərini yuyandan sonra nahar yeməyi yeyəcəkdilər və bununla məclis bitəcəkdi. İçəri girəndə gördüm ki, Cavad məclisin başında oturub, İbrahim də yanında. Mən də gedib İbrahimin yanında oturdum. İbrahimlə Cavad iki qardaş kimi çox səmimi dost idilər. Onların zarafatları da maraqlı idi. Məclisin sonunda şəhidin yaxınlarından ikisi su gətirdi. Onlar birinci Cavada yaxınlaşdılar. Cavad bu mərasim barədə bir şey bilmirdi. İbrahim onun qulağına nəsə pıçıldadı. Cavad təəccüblə ucadan soruşdu: "Ciddi deyirsən?" İbrahim astadan dedi: "Yavaş!" Sonra İbrahim üzünü mənə tutub çox ürəkdən, amma səssiz güldü. Mən dedim: "Nə olub, İbrahim? Ayıbdır, gülmə". - Cavada dedim ki, aftafa ilə başını yumalısan. Bir neçə saniyədən sonra elə də oldu. Cavad əllərini yuyandan sonra başını suyun altına tutdu. Üz-başından su axa-axa təəccüblə ətrafına baxırdı. Dedim: "Nə etdin, Cavad?! Bura hamamdır?!" Sonra çəfiyəmi verdim, başını quruladı.

***

İbrahim, Cavad və Rza Qudini bir neçə günlük kəşfiyyatdan qayıdırdılar. Sağ olduqlarını bilib çox sevindik və onları qarşılamaq üçün Şəhid Əndərzqu qərargahının önünə toplaşdıq. Bir neçə dəqiqədən sonra maşınla gəldilər. İbrahimlə Rza düşdü. Uşaqlar sevincək onlara yaxınlaşdılar, görüşüb-öpüşdülər. Uşaqların biri soruşdu: "Ağa İbrahim, Cavad haradadır?" Bir anlığa hamı sakit oldu. İbrahim də bir qədər dayandı, sonra kədərlə "Cavad..." - deyib maşının arxasına baxdı. Orada bir nəfər uzanmışdı, üstünə ədyal sərmişdilər. Bütün uşaqları sükut bürüdü.İbrahim yenə dilləndi: "Cavad... Cavad...” Birdən gözlərindən yaş axdı. Uşaqların bir neçəsi ağlamağa başladı: "Cavad! Cavad!" Sonra maşının arxasına keçdilər. Hamının ağladığı yerdə birdən Cavad yuxudan oyanıb oturdu və dedi: "Nədi? Nə olub?" O, mat-məəttəl ətrafına baxırdı. Gözüyaşlı uşaqlar hirslə İbrahimi axtarmağa başladılar. O isə artıq içəri girmişdi.

Comments (0)

Rated 0 out of 5 based on 0 voters
There are no comments posted here yet

Leave your comments

  1. Posting comment as a guest. Sign up or login to your account.
Rate this post:
Attachments (0 / 3)
Share Your Location